İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hərbçiləri “NATOsayağı” geyinəcək

729 23.01.2024 16:02 Region A A

Ermənistan ordusu üçün hazırlanan yeni formada NATO standartları nəzərə alınacaq.

Musavat.com-un məlumatına görə, bu barədə erməni mediasının sorğusuna cavab olaraq ölkənin Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, hələ ötən ilin noyabrında müdafiə naziri Suren Papikyan parlamentdəki çıxışında orduda hərbi geyimlərin dəyişdirilməsi prosesinə başlanıldığını, beynəlxalq tərəfdaşlarla iş aparıldığını bildirmişdi.

“Müdafiə Nazirliyi yeni geyim formasını seçərkən həm NATO meyarlarına, həm də beynəlxalq təcrübənin öyrənilməsinin nəticələrinə uyğun fəaliyyət göstərir. Bu prosesdə xüsusilə ABŞ, Fransa, Yunanıstan və Çexiya ordularının hərbi geyim nümunələri tədqiq edilib”, - deyə nazirlikdən bildirilib.

Yeni geyim formasının tətbiqindən sonra Müdafiə Nazirliyi ordu geyimlərinin hazırkı nümunəsinin sərbəst satışını qadağan edən qanunvericilik təşəbbüsü ilə çıxış edəcək.

Xatırladılır ki, ötən il hökumət geyimin dizaynı və keyfiyyəti ilə bağlı fikirlərini təqdim edə biləcək bütün mütəxəssisləri cəlb etmək üçün tender elan edib. Bu prosesdə bir neçə erməni şirkəti iştirakçı olub. Artıq kvalifikasiyanın birinci mərhələsini keçiblər. Ancaq ikinci mərhələdə iştirak etmək üçün yalnız ordunun bir qolunun hərbi qulluqçularına geyim yaratmaq üçün ərizələr təqdim edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR