İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hakimiyyəti növbədənkənar seçkilərə gedəcək?

448 21.12.2023 02:31 Dünya A A

"Hakimiyyət növbədənkənar seçki keçirmək fikrində deyil".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın hakim partiyasının deputatı, parlamentin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədr müavini Armen Xaçatryan tərəfindən səslənib.

“Növbədənkənar seçkilərə niyə getməliyik, problem nədir? Belə bir müzakirə olmayıb. Konstitusiyaya görə, parlament 5 il müddətinə seçilir. Müddət bitdikdən sonra yeni seçkilər olacaq”, - deyə Xaçatryan bildirib.

“Qərbin yeni seçkilərdə israr etdiyi” barədə söz-söhbətlərə cavab olaraq hakim partiyanın deputatı bunları deyib: “Qərb təzyiq etmir və mən hazırda növbədənkənar seçkilərə ehtiyac görmürəm”. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR