İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan gələcək taleyi naminə sülhə gedəcək”-Qafar Çaxmaqlı

466 27.05.2023 10:18 Siyasət A A

“Daha öncələr də ifadə etdiyimiz kimi, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, Moskva görüşünün ana temasının bu olması gözlənilən idi. Rusiya buradakı komunikasiya vasitələrinə nəzarət etməklə Qərbin təsir imkanlarını minimuma endirmək istəyir”.

Politoloq, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Ekspert bildirib ki, Rusiya Zəngəzur dəhlizinin həm də Türkiyənin marağında oıduğunu da anlayır, Türkiyə ilə də Qərbin təsirlərindən azad olmaq üçün əlaqələrin genişlənməsini hədəfləyir: “Bu, bizim maraqlarımıza uyğun olduğundan onun necə adlandırılmasının əhəmiyyəti yoxdur. Bu görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin tezliklə qurulması Rusiyanı az maraqlandırır. Əsas prinsiplər diqtə edilir. Bu da bizim üçün məqbuldur. Ermənistan və Qarabağda etirazlara səbəb olan qarşılıqlı ərazi bütövlüyünün tanınması məsələsinin də danışıqların gələcək təməli kimi dilə gətirilməsi diplomatik uğur sayıla bilər. Gələcəkdə danışıqların hansı məkanda olmasından asılı olmayaraq, əsas prinsiplər müəyyənləşir”.

Q.Çaxmaqlı bildirib ki, Ermənistan bundan qaça bilməz: “Rusiyanın Ermənistana təsir imkanları daha da artıb, ona Azərbaycanla birbaşa danışıqlar aparmaq, ABŞ və Avropa İttifaqının diqtəsi ilə hərəkət etmək imkanları tanınmayacaq. Sülh müqaviləsi hələ yaxın olmasa da, ona gedən yol bəllidir. Ermənistanın başqa bir seçənəyi yoxdur. Müharibə ilə nəyisə diqtə etmək şansı olmadığından Ermənistan gələcək taleyi naminə sülhə gedəcək”.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR