İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bu istiqamətdə sərhədə ordu yığır, HƏRƏKƏTLƏNMƏ başladı – CANLIda

1519 01.06.2023 11:17 Gündəm A A

Ermənistan Kəlbəcər istiqamətində şərti sərhədə əlavə qüvvələr göndərir. Bu barədə məlumat Teleqram kanallarında yayılıb. Sosial şəbəkələrdə faktın təsdiqi kimi videolar da paylaşılıb.

Ermənistanda hərbi hərəkətlənmə müşahidə olunur.

Bununla bağlı “Bez Tormozov” Teleqram kanalı görüntü paylaşıb.

Zirehli texnikaların hansı istiqamətə aparıldığı haqda məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Ermənistanın Kəlbəcər istiqamətinə əlavə qüvvələr cəlb etməsi barədə video-materiallar paylaşılır.
Nələr baş verir? Ermənilər hərəkətlənmələrə başlayıblar? Kişinyov görüşü günü bu, nəyin mesajıdır?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız redaktor-ekspert Elçin Alıoğlu olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR