İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bu dəfə Praqada şikayətləndi: “Diqqət tamamilə Ukraynaya yönəlib”

765 05.05.2023 01:34 Son xəbər A A

Avropa İtifaqının monitorinq missiyasını Ermənistana dəvət etmək qərarı asan olmadı.

Musavat.com bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, çünki bu addım təhlükəsizliyə heç bir zəmanət vermir, əksinə, yeni çağırışlar yarada bilər.

Praqada Transatlantik Münasibətlər Mərkəzində müzakirələr zamanı çıxış edən Bunu Ermənistanın baş naziri daha sonra diqqəti Cənubi Qafqaz regionuna yönəltməyin ölkəsi üçün vacib olduğunu vurğulayıb: “Çünki bu diqqət tamamilə Ukraynaya yönəlib.

Ermənistan kövrək vəziyyətdədir. Qərbdə çoxları hesab edir ki, biz Rusiyanın proksi ölkəsi, hökumətiyik, Şərqdə isə bizim qərbyönlü siyasət apardığımıza inanırlar. Qərbə gedən qonşularımız Ermənistanın Rusiyanın yaxın müttəfiqi olduğunu deyir və Ermənistana qarşı Rusiyaya qarşı etdiyi kimi davranmağa çağırır. Sonra Moskvaya gedib Ermənistanın baş nazirinin Avropa İttifaqı ilə sıx əməkdaşlıq etdiyini və guya diqqəti

Şərqdən Qərbə yönəltdiyini iddia edirlər. Bu, qonşuların Ermənistana qarşı təcavüzkar siyasəti üçün imkanlar yaradır.

Bəzi ölkələr hesab edir ki, bu təcavüzkar siyasət Ermənistanı daha ağıllı edəcək. Biz mümkün qədər şəffaf fəaliyyət göstəririk, Aİ ilə əməkdaşlığın dərinləşməsində maraqlıyıq”, - Paşinyan ardınca bunları iddia edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR