İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan BMT və ATƏT missiyalarını Qarabağa göndərmək istəyir

563 24.03.2023 18:29 Son xəbər A A

İrəvan BMT və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) missiyalarını Dağlıq Qarabağa və Laçın dəhlizinə göndərmək istəyir.

Musavat.com TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan respublika parlamentinin müvafiq komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, hazırda ölkə rəhbərliyi regiona beynəlxalq faktaraşdırıcı missiyalar göndərmək üçün “aktiv səylər göstərir”.

Bundan əvvəl Mirzoyan bildirib ki, İrəvan Laçın dəhlizində keçid məntəqəsinin quraşdırılması ilə bağlı Bakı ilə danışıqlar aparmır. O, Ermənistanda bunların çoxdan başa çatdırılmış hesab edildiyini qeyd edərək, müvafiq məsələnin hüquqi tənzimlənməsinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer aldığını diqqətə çatdırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR