İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan baş prokurorunun müavini ombudsman oldu

416 12.04.2023 11:13 Son xəbər A A

Ermənistan parlamenti baş prokurorun müavini Anahit Manasyanı ölkənin ombudsmanı vəzifəsinə seçib. Musavat.com bildirir ki, onun lehinə 69 deputat səs verib. Manasyanın namizədliyi hakim “Mülki Müqavilə” tərəfindən irəli sürülüb.

Anahit Manasyan qeyd edib ki, o, hüquq müdafiəçisi institutunun siyasiləşdirilməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyi prioritet vəzifələrdən biri hesab edir.

Manasyan sosial tolerantlığa və həmrəyliyə nail olmaq yolunda “körpü” olmaq arzusunu da bəyan edib. Eyni zamanda, ombudsman institutu hər hansı siyasi spekulyasiyadan kənar olmalıdır.

Xatırladaq ki, 2023-cü il yanvarın 24-də Ermənistanın Ombudsmanı Kristine Qriqoryanın istefası əsasında onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Qriqoryan bir il vəzifəsində qaldı. O, ikinci müddətə namizədliyini irəli sürməmək qərarına gələn Arman Tatoyanın səlahiyyətləri başa çatdıqdan sonra, 24 yanvar 2022-ci ildə təyin edilmişdi.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR