İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan AES 75 günlük təmirə bağlanıb

298 05.05.2023 19:26 Son xəbər A A

Ermənistanın "Metsamor" atom elektrik stansiyası 75 günlük planlı təmirə bağlanıb.

AZƏRTAC xəbər verir ki, mayın 5-də bağlanan AES-in enerji blokunun işə salınması iyulun 18-nə planlaşdırılır.

"Metsamor" atom elektrik stansiyası 1980-ci ildə istifadəyə verilib və Ermənistan hökuməti onun on il əvvəl bitmiş istismar müddətini 2036-cı ilədək uzatmaq istəyir. Potensial təhlükə mənbəyi olan bu stansiyanın mövcudluğu təkcə yaxın qonşuları deyil, dünya ölkələrini də narahat edir. Qırx ildən çoxdur ki, fəaliyyət göstərən Ermənistan AES yüksək aktiv seysmik zonada yerləşir və heç bir müdafiə sisteminə malik deyil.

Azərbaycan bununla bağlı narahatlıq və etirazını dəfələrlə bildirib, mövcud təhlükə barədə müvafiq beynəlxalq təşkilatları və dünya ictimaiyyətini xəbərdar edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR