İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin ŞOK kokain qalmaqalı böyüdü - Terrorçu ölkə...

1403 20.05.2023 09:45 Gündəm A A

Arzu Nağıyev: “Erməni mafiyası narkoticarətdən əldə etdiyi gəliri terrora və bu tip cinayətlərə xərcləyir”

Ermənistanda neçə gündür kokain qalmaqalı yaşanır və getdikcə böyüyür. Məsələ ondadır ki, mayın 18-də Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Ekvadordan meyvə idxal edən şirkət tərəfindən respublikaya gizli gətirilən 1 tona yaxın (!) kokaini müsadirə edib. Nəhəng narkotik partiyası Ermənistana İtaliya və Gürcüstandan tranzitlə gətirilib.

Maraqlıdır ki, bundan əvvəl İtaliya KİV-ləri yerli limanlardan birində 78 tonluq banan yükündə gizlədilmiş 2.7 ton kokainin saxlanması barədə məlumat vermişdilər ki, bu da yük qaimələrinə əsasən Gürcüstan (Batumi limanı) vasitəsilə Ekvadordan Ermənistana göndərilib. Narkotikin ümumi dəyəri 800 milyon avro (1 milyard dollara yaxın) olaraq qiymətləndirilib.

Erməni mediası yazır ki, MTX ölkəyə bir ton kokainin gətirilməsi ilə bağlı sensasion cinayət işini araşdırarkən böyük narkotik şəbəkəsinin izinə düşüb. “Joxovurd” qəzetinin yazdığına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarında şübhələr var ki, bu tədarükə iri avtoritetlər və ya yüksək çinli məmurlar “krışalıq” ediblər, silsilə həbslər gözlənilir.

“Ermənistanın Dövlət Gəlirləri Komitəsi qutularda narkotik olan bananları hansı şirkətin idxal etdiyini yaxşı bilir” - bu sözləri isə jurnalistlərə müsahibəsində “Hayastan” blokundan olan deputat Aqnes Xamoyan deyib.

Onun sözlərinə görə, həmin şirkət yuxarıdan “sponsor” olmadan Ermənistana 1 milyard dollarlıq mal idxal edə bilməzdi. Xamoyan bütün bu prosesin yüksək rütbəli dövlət məmuru tərəfindən idarə olunduğunu iddia edib. Onun əminliyinə görə, əgər fəlakətli vəziyyət dəyişməsə, Ermənistan narkotik ticarəti ilə bağlı ciddi problemlərlə üzləşəcək. “Biz tranzit ölkəyə çevrilmişik. Ölkə daxilində onlarla kiloqram narkotik satılır, ona görə də Ermənistanın tranzit ölkə rolunu oynadığını güman etmək olar. Bununla belə, bəzi suallar yaranır. Narkotikin Ekvadordan Ermənistana, oradan da üçüncü ölkəyə daşınmasının arxasında hansı məntiq dayanır? Ona görə də müştərinin Ermənistanda olduğunu güman etmək olar”, - deyə erməni deputat bildirib.

Bu fakt Ermənistanın terrorçu ölkə olmaqla yanaşı, üstəlik, mühüm narkotrafik həlqəsi rolu oynadığına şəkk-şübhə saxlamır. Görəsən belə böyük miqdarda narkotik Ermənistandan hansı ölkəyə ötürülə bilərdi? Məsələdə Paşinyan hakimiyyəti məmurlarının, beynəlxalq erməni mafiyası və İran amilinin rolu varmı?

Deputat, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyevlə “Yeni Müsavat”a deyib ki, əvvəllər narkoyüklər İranın Bəndər Abbas şəhərinə, oradan isə Qarabağın ərazisinə keçirilirdi: “Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə ərazilərimizdən sırf narkotik ticarəti üçün istifadə edirdilər. İşğaldan azad edilən ərazilərdə ermənilərin narkotik laboratoriyaya oxşayan anbarları da, məntəqələri də üzə çıxdı. Ermənilərin işğal altında saxladıqları torpaqlarımızda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları faktdır. Bu işdə ermənilərə qonşu dövlətlərdən gələn, işğal altında olan torpaqlarımızı hektarlarla icarələləyənlərin də böyük dəstəyi olub. Oraları əkib becərmişdilər. Erməni mənbələrinin etirafına görə, işğal olunmuş Azərbaycan torpaqlarında narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunan gəlir milyardlarla ölçülürdü. Ermənilər 30 il ərzində təxminən 16-17 milyard dollara yaxın gəlir əldə etmişdilər. Uzun illər cənub marşrutu Əfqanıstan-İran-işğalda olan Dağlıq Qarabağ əraziləri-Ermənistan-Gürcüstan-Avropa-Rusiyaya qədər uzanırdı. Cənub marşrutunun işğalda olan Azərbaycanın Dağlıq Qarabağ əraziləri üzərindən olması hətta BMT-nin hesabatlarında da vardı. Həmin hesabatlarda qeyd olunurdu ki, işğal altında olan Dağlıq Qarabağda narkotik vasitələrin saflaşdırılması üzrə laboratoriyalar mövcuddur.

Yəni ermənilər o ərazilərdə narkotik saflaşdırıb satmaqla milyardlar qazanırdılar. Bu, faktdır. Narkotik saflaşdıran ermənilər də daxil, narkomafiyalar bu işə qoyduqları hər 1 dollara qarşı 12 min dollar gəlir əldə edirlər. Qarabağın işğaldan azad edilməsindən sonra ermənilər həm də narkotiklərin saflaşdırılması, trafiki ilə bağlı böyük çətinliklərlə üzləşiblər. Britaniyalı jurnalist Harros Keyn “Narko Karabax” kitabında bu haqda geniş qeyd edib. Ermənilərin işğal altında saxladıqları Azərbaycan torpaqlarında narkotik becərmələri, saflaşdırmaları, daşınmasından bəhs olunub. Bu gün həmin yol əsasən qapadılıb, odur ki, narkomafiyalar Azərbaycandan yan keçib artıq Ermənistan ərazilərində narkotik saflaşdırılması, qablaşdırılması və Avropaya daşınmasını təşkil etməyə başlayıblar. Bir müddət əvvəl erməni jurnalist Roman Baqdasaryan demişdi ki, Qarabağ erməniləri Ermənistana narkotik göndərir. Onun sözlərinə görə, bu faktı artıq erməni diasporu da etiraf edir. “Çoxdan bu quldur və qaçaqmalçılarla hesablaşmaq lazım idi. Qarabağ erməniləri uzun illər İrəvanın dəstəyindən istifadə edərək, maddi yardım alaraq ”Karabaxena" narkokarteli yaradıblar". Bu sözləri erməni jurnalist Roman Baqdasaryan deməklə, bir daha təsdiqlənir ki, ermənilər Azərbaycan torpaqlarından narkoticarət məqsədi ilə istifadə ediblər".

Arzu Nağıyev: dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli  deyil - 03.03.2023, Sputnik Azərbaycan

Arzu Nağıyev

Arzu Nağıyev  deyib ki, Ermənistanda bunca miqdarda kokaini istehlak edəcək şəxs yoxdur: “Açıq-aşkar görünür ki, beynəlxalq erməni mafiyaları Qarabağdan əllərini üzəndən sonra məcbur olub çirkin cinayətlərini Ermənistan ərazisinə daşıyıblar. Bizim regionda 1 qram kokainin qiyməti 400 dollardır. Ermənistanda bunca kokaini istehlak edəcək imkanlara malik şəxs yoxdur. Beynəlxalq erməni mafiyası narkoticarətdən əldə olunan gəlirləri axmaq erməni təbliğatına, terrora və bu tip cinayətlərə xərcləyir. Əlbəttə ki, bunca kokain partiyasının Ermənistan ərazisinə daşınması hökumətdə olan məmurların iştirakı olmadan mümkün deyil. Görünür kimlərsə bu tranzitdən pay almaq niyyətində olub. Çox güman ki, kokain partiyası Gürcüstana, oradan isə Avropaya daşınacaq. Bu həddən artıq böyük kokain partiyasıdır və Ermənistanda qalması mümkün deyil. Çox güman ki, kokain tranzitlə İrana, oradan da Ermənistana daşınıb”

Arzu Nağıyev deyir ki, Azərbaycan qərargahı Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (https://caricc.org/) aktiv üzvüdür: “Mərkəzin təşəbbüskarı olaraq, Azərbaycan Respublikası MARİƏM-i region ölkələrinin bu istiqamətdə uğuru və regional əməkdaşlığın nümunəsi hesab edir. Bu gün dünyada narkotik vasitələrin qanunsuz dövriyyəsində müəyyən qədər artım var. Bu artım sintetik narkotiklərin hesabınadır. Sintetik narkotiklər həddən artıq çoxalıb. Narkomafiyalar Qarabağ istiqamətini Ermənistana dəyişməklə Avropaya narkotik daşımalarını təmin etməyə çalışırlar. Dənizdə nəzarət olduğuna görə artıq qurudan keçən narkotiklərin sayı, marşrutu da dəyişib. Naxçıvan tərəfdən də yolları bağlıdır. Ona görə də əsasən Ermənistan tərəfdən də müəyyən qədər artım var. Yəni Ermənistanın ərazisindən narkotik vasitələr daşınmaqdadır. 44 günlük müharibə dövründə hər kəs sual edirdi ki, Ermənistan bu qədər silah-sursatı hansı vəsait hesabına alıb? Həmin silahlar narkotrafikdən gələn gəlirlər hesabına əldə olunub. Buna kimsənin şübhəsi olmasın. Tutulan kokain partiyasının dəyəri 1 milyard dollara yaxındır. Həmin vəsaitin yarısına qədəri beynəlxalq erməni mafiyasına çatacaqdı”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR