İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Qarabağdakı “ölüm toxumları”- 3400-dən çox vətəndaşımız zərər görüb...

814 30.05.2024 13:04 Yazarlar A A

Qarabağ separatçılardan, işğalçılardan tam təmizləndi. Ancaq torpaqlarımızda ermənilərin basdırdığı mina faciəsi davam edir. Özü də bütün yazılan və yazılmayan qanunların ziddinə olaraq ermənilər bu minaları xəritəsiz, necə gəldi basdırıblar.  Nəticədə yüzlərlə vətəndaşımız mina terrorunun qurbanı olub.

Təxmini hesablamalara görə, mina və partlayıcı qalıqların mövcudluğu Qarabağ regionuna 1,5 milyona yaxın ciddi ziyan vurub.

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində bununla bağlı kifayətlə ciddi faktları açıqlayıb.

5f84e0b88613558d412ad49095ed92d6.jpg (442 KB)

Ölkə başçısı bildirib ki, mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır:

“Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, bugünkü konfransın Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 öncəsi təşkil edilməsi xüsusi önəm daşıyır.

Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib”.

Azərbaycan prezidentinin açıqladığı statistika dünyada insan haqlarından danışan qurumları, dövlətləri də narahat etməlidir. Baxmayaraq ki, bu qurumlar insan haqları dedikdə 30 il ərzində bizim məcburi köçkünlərimizi yadlarına salmayıblar. Hüquqları tapdalanan, torpağından didərgin düşən, yaxınlarını itirən soydaşlarımız onların yadına düşməyib. Ancaq ermənilər gülə-gülə, öz istəkləri ilə Xankəndini tərk edəndə bu qurumlar, dövlətlər hədə dilində danışır, insan haqları deyib aləmə car çəkirdilər.

1b6f3ee74c70dd5cd522f2361c7734a2_2977937.jpg (117 KB)

Prezident çıxışında mina terrorunun qurbanı olan soydaşlarımızla bağlı bunları deyib:

Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, yenidən Azərbaycanın ərazisinə minalar basdırılmışdır. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür.

Minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda, yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir”.

-3d191ef616128630897405376181056.jpg (189 KB)

Mina məsələsi bu gün Azərbaycanın ən böyük probleminə çevrilib. Ermənistanın 30 illik talan və dağıntılarından sonra Azərbaycan dövləti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, keçmiş köçkünləri yurdlarına qaytarır. Lakin mina təhdidi bu prosesə ciddi əngəldir, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyidir.

Bu gün Azərbaycan dövləti minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə daxili resursları hesabına aparır.

Ümid edirik ki, beynəlxalq təşkilatlar Azərbaycanla humanitar minatəmizləmə işində yaxından əməkdaşlıq edəcəklər.

Qafar Səfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR