İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənilərin haqsız, anlaşmaya uymayan davranışlarını qınayırıq”- Türkiyəli professor

1362 14.09.2022 17:45 Sosial A A

İstanbul Ticarət Universitetinin professoru Mustafa Ilıcalı Musavat.com-a açıqlamasında erməni silahlı qüvvələrinin son təxribatlarını pisləyib.

Professor bildirib ki, biz ölkə olaraq çox üzgünük, çünki Azərbaycanı iki dövlət bir millət olaraq görürük:

“Türkiyədə rəsmilər və vətəndaşlar bununla bağlı çox öz reaksiyalarını bildirirlər. Dünən mən də öz sosial media hesabımdan paylaşım etmişəm. Ermənilərin haqsız, anlaşmaya uymayan davranışlarını qınayırıq. Eynilə Azərbaycan prezidentinin dediyi kimi, onların ağıllarını başlarına yığmalarını gözləyirik. Azərbaycan Ermənistanın üzərində çox önəmli bir gücdür.

Erməni hücumu nəticəsində şəhid olmuş qardaşlarımıza rəhmət diləyirəm. Mülkü əhali arasında da yaralananların olması çox üzücüdür. Türkiyə hər zaman Azərbaycanın yanındadır, yaxşı gündə də, pis gündə də. Ermənilər tez bir zamanda ağıllarını başlarına toplayıb, üzr istəyib, anlaşmaya getməlidirlər. Səksən beş milyon Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq hər daim yanınızdayıq”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR