İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənilərin bu təxribatı da alınmayacaq" - Elmar Məmmədyarov

884 12.08.2023 21:56 Siyasət A A

Ermənistan tərəfi yenə də "blokada", "humanitar yardım" iddialarını və yalanlarını yaymaqda davam edir. Belə ki, Ermənistan Xankəndi əhalisinin guya "blokada"ya alınması nəticəsində "humanitar vəziyyət"in pisləşməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib. Müraciət əsasında şuranın fövqəladə iclasının çağırılması xahiş edilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində məlumat yerləşdirilib.

Ermənistanın növbəti təxribat addımını şərh edən sabiq xarici işlər naziri Elmar Məmmədyarov mövzu ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, ilk növbədə BMT-nin 5 daimi üzvü bu müraciəti qəbul etməlidir:

"Ermənilərin bu təxribatı da alınmayacaq. Çünki BMT-nin Təhlükəsizlik Şurası, xüsusən də 5 daimi üzvü o müraciətin müzakirəyə çıxarılmasını müdafiə etməlidir. İkincisi, qəbul olunsa belə, Azərbaycan da öz növbəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistanın əleyhinə qəbul etdiyi 4 qətnamənin icrasını tələb edəcək. Həmin tələb ya bəyanat, ya da qətnamə layihəsi kimi müzakirəyə çıxarılmalıdır. Çünki o qətnamələrdə ölkəmizin ərazi bütövlüyü və Qarabağın Azərbaycanın tərkibində olması tanınıb. Bundan başqa, Ermənistan qoşunlarının Qrabağdan çıxarılması tələbi də o qətnamələrdə var. İnanmıram ki, Təhlükəsizlik Şurasının üzvləri 1993-cü ildə imzaladıqları qətnaməyə istinad etməsinlər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR