İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənilərin azərbaycanlılarla dinc yanaşı yaşaması mümkün deyil”

2171 18.10.2023 16:32 Son xəbər A A

“Cənubi Qafqaz regionunda sülhün təminatı “müxtəlif avro-xeyirxahların dinc birgəyaşayış haqqında axmaq postulatları” deyil, Ermənistanla (müəllif bura “Artsax” adlı qondarma bir qurumu da qatır - red.) Azərbaycan və Türkiyə arasında güclərin hərbi-iqtisadi balansıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli siyasi şərhçi Arman Abovyan öz teleqram kanalında yazıb.

“Ermənilər və türklər arasındakı qarşılıqlı düşmənçiliyin şiddəti oxşardır və heç bir şəkildə qarşılıqlı birgəyaşayışın standart demokratik və ya sosial təminatları ilə aradan qaldırıla bilməz. Ermənilərə və azərbaycanlılara tez-tez fransız və almanlardan misallar gətirirlər. Amma ingilis və fransız, isveçli və norveçli, yaxud ukraynalı və polyak nümunələri kökündən yanlışdır, çünki burada fərqli amillər var. Əsrlər boyu eyni mədəni və tarixi birlikdə yaşamış xalqlar eyni siyasi formasiyada birgə yaşaya bilərlər. Ancaq bunu A-dan Z-yə qədər fərqli olan və yəhudilər, fələstinlilər, ermənilər və türk-azərbaycanlılar kimi ümumi birləşdirici “tellərdən” praktiki olaraq məhrum olan xalqların timsalında təsəvvür etmək çətindir.

Ermənilərlə azərbaycanlıların məsələsində də sovet dövründə dinc yanaşı yaşama faktı göstərilir. Buradakı misal daha çox yanlışdır, çünki SSRİ dövründə bir siyasi quruluş formatında “dinc yanaşı yaşamaq” yalnız Sovet İttifaqının nəhəng repressiv aparatı hesabına təmin edilmişdi və bu, konsepsiya çərçivəsindən kənar istənilən münaqişə yatırıla bilirdi”, - deyə Abovyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR