İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərdən Türkiyəyə qarşı növbəti TƏXRİBAT - oktyabrın 29-da...

5110 02.07.2023 03:57 Son xəbər A A

Amerika Erməni Milli Komitəsi “Disney Plus”ı Türkiyə Cümhuriyyətinin qurucusu Atatürklə bağlı çəkilən serialı ləğv etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.

Baş rolda Aras Bulut İynemlinin oynadığı, rejissoru Mehmet Ada Öztekin olan 6 seriyalı serial Türkiyə və Azərbaycan düşməni Amerika Erməni Milli Komitəsini narahat edib. Erməni diasporunun həmin müraciətində böyük liderə qarşı “soyqırım”, “qatil” kimi çirkin ifadələrə də yol verilib.

Qeyd edək ki, böyük türk lideri ilə bağlı həmin serial “Disney Plus”da bu il, Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağı oktyabrın 29-da yayıma başlayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR