İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərdən 20 may anonsu: BAŞLAYIRIQ! Azərbaycanla sərhəd üç yerdə... - CANLI

6585 17.05.2023 15:49 Gündəm A A

Ermənistanda fəaliyyət göstərən “Könüllülər Hərəkatı” adlı QHT Azərbaycanla sərhəddə, yeni açılan Laçın sərhəd-buraxılış məntəqəsinin önündə aksiya keçirməyə hazırlaşır. QHT-nin rəhbəri, keçmiş hərbçi Artaşes Mxitaryan açıqlama verib.

O deyib ki, ilk aksiyaları mayın 20-nə təyin olunub. Məqsədləri isə Qarabağda yaşayan ermənilərə dəstək vermək və sərhəd-keçid məntəqəsinin açılmasını tələb etməkdir.

Mxitaryan bildirib ki, aksiyada bir çox şüarlar səsləndirəcəklər.

Lakin “ana şüar”ları “Qarabağ bizimdir, Qarabağ Ermənistandır, Ermənistan Qarabağdır”dan ibarət olacaq. QHT rəhbəri onu da qeyd edib ki, aksiya təkcə Laçın dəhlizinə yaxın yerdə deyil, həmçinin Tovuz və Qazax istiqamətlərində də sərhədyanı ərazilərdə təşkil olunacaq.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevlə Ermənistanın addımlarını müzakirə edirik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR