İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənilər üçün 10 gün vaxt qaldı: payızda...” 

2737 05.09.2023 21:10 Siyasət A A

“Hazırda Ermənistanın baş naziri Nikol Paşinyan üçün olduqca gərgin bir dövr yaşanır. Azərbaycanla gərgin situasiya fonunda Ermənistan daxilində ağır durum mövcuddur. Bu gərginlik isə Paşinyanın manevrlər edərkən buraxdığı ciddi səhvləri ilə bağlıdır”.

Bunu "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

O qeyd edib ki, Paşinyan erməni cəmiyyətini sülhə hazırlamaq əvəzinə əks istiqamətdə iş apardı:

“Nəticədə Qarabağın dağlıq hissəsindəki qondarma rejimdə Paşinyanın rəqibləri hakimiyyəti ələ aldı. Daha sonra onlar Ermənistanda hakimiyyət uğrunda mübarizəyə başlayacaq. Bununla hərbi canilər Robert Köçəryan və Serj Sərkisyan hakimiyyət uğrunda mübarizəyə qoşulur. Onlar hər cür imkanlardan istifadə edəcəklər ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla yanaşı, həbsinə də nail olsunlar”.

Politoloq hesab edir ki, hazırkı vəziyyət bölgəni yeni müharibəyə aparır:

“Azərbaycan sözsüz ki, səbrlə danışıqlarda nəticələri gözləyir. ABŞ dövlət katibi Entoni Blinken bununla bağlı Azərbaycandan vaxt istəmişdi. Amma Paşinyan ABŞ-ın vasitəçiliyi ilə olan danışıqları pozdu. Hazırda isə Rusiyanın iştirakı ilə danışıqlar davam edir. Bu, Ağdam-Xankəndi yolunun açılması, Laçın sərhəd-keçid məntəqəsində yeni parametrlərlə bağlıdır. Bununla yanaşı separatçılar mümkün danışıqlardan yayınır. Əgər onlar danışıqlara qayıtmayacaqlarsa, bu, yeni hərbi əməliyyatların başlaması demək olacaq”.

Zaur Məmmədova görə, Azərbaycanla Ermənistan arasında sülh danışıqları müstəvisində sentyabr-oktyabr aylarında görüşün olması gözlənilir:

“Bu görüşün nəticələri çox sözü deməyə əsas verəcək. Güman ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamayacaq. Artıq tərəflər arasında sülhün əldə edilməsi ehtimalları məhz Paşinyan tərəfindən sıfırlanır. Bundan sonra prosesdə müsbət məqamların olması gözlənilmir. Belə olan halda Azərbaycan ortaya qəti mövqe qoyacaq. Ermənilər üçün 10 gün vaxt qalıb. Adekvat yanaşma olmasa, Azərbaycan payızda məsələni həll edə bilər”. (Teleqraf.com)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR