İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənilər Qarabağı kütləvi şəkildə tərk edir” iddiası - separatçıların növbəti hiyləsi

973 06.06.2023 11:21 Gündəm A A

Politoloq: “Bu vəziyyətdə Bakının praktiki addımlar atmaqdan başqa yolu qalmır”

Bir neçə gündür Qarabağdakı ermənilərin Laçın postundan heç bir maneə olmadan kütləvi şəkildə keçdiyinə dair görüntülər yayılıb. Yayılan kadrlardan görünür ki, ermənilərin “blokada” və “etnik təmizləmə” ilə bağlı sözləri separatçıların yaratdığı mifdən başqa bir şey deyil.

Eyni zamanda bu, “ermənilər Laçın sərhəd-keçid məntəqəsindən istifadə etməyəcəklər” iddialarını da alt-üst edib. Buna rəğmən, “ermənilər Qarabağı kütləvi şəkildə tərk edir” fikirləri də önə çıxıb. Ermənistan mediasının yazdığına görə, Qarabağdan çıxan ermənilərin geri qayıtması sual altındadır: “Çünki bir çoxları Qarabağda yaşamaq üçün perspektiv görmür, hətta yeni hərbi toqquşmaların olması qorxusu da var. Ona görə Ermənistana gələnlərin geri qayıdacağı bəlli deyil. Hazırda minlərlə insan Ermənistana gəlmək üçün növbə gözləyir”, - deyə erməni mənbələri yazır.

Separatçı rejim erməni əhalisinin Qarabağda yaşamasını çətinləşdirən əsas problemə çevrilib. Əhalinin bir qismi bölgəni tərk etmək, digər qismi Azərbaycan vətəndaşlığı altında rahat yaşamaq istəsə də, separatçılar öz mövcudluqlarını qorumaq üçün onların nə getməsinə, nə də Azərbaycana inteqrasiya olunmasına imkan verir. Bu situasiya fonunda Ermənistana gedən ermənilərin bir daha Qarabağa qayıtmayacağı reallığı ortaya çıxır. Bəs görəsən, reinteqrasiya prosesində, Azərbaycanın sülhün bərqərar olması istiqamətində atdığı addımlar fonunda ermənilərin köç etməsi və bu görüntülərin xaricə çıxması Azərbaycanın gerçək imicinə və bu prosesə zərəri ola bilərmi? Separatçılar buna “məcburi köç” adı altında siyasi don geyindirə bilərmi?

Tanınmış politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu cür yanaşma üçün ermənilərin əsası yoxdur: “Hələ ki ermənilər gedirlər. Bəziləri yay istirahətinə, bəziləri qohum-qardaşlarına baş çəkmək üçün gedir. Qarabağın ermənilər yaşayan hissəsinə nəzarətimiz yoxdur.  Bu onların öz seçimidir. Hər hansı təzyiq olmadan, sıxışdırma olmadan bunlar onu edirlər. Keçid-buraxılış məntəqəsində də yalnız sənədlər yoxlanılır və qeydlər aparılır. Ona görə də ermənilərin hazırda hay-küy salmasına sübut ediləcək heç bir əsas yoxdur. Bu, onların könüllü iradəsidir. Üstəlik də onlar müvəqqəti gedir. Müharibə, yaxud qarşıdurma olacağından ehtiyatlanaraq bir müddət təhlükəsiz yerlərə gedirlər. Onlar, sadəcə olaraq, müəyyən çətinliklərdən özlərini sığortalamaq üçün bu addımı atırlar. Buna görə də hər hansı bir siyasi çaların burada axtarılması heç kim tərəfindən qəbul edilməyəcək. Qayıdanlar qayıdacaq, qayıtmayanlar da evini satıb gedəcək. Bu dəqiqə orada nəzarət sülhməramlıların və separatçıların liderlərinin əlindədir. Ona görə də burada Azərbaycanın qınanılması üçün heç bir əsas yoxdur. Üstəlik, ölkə başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını yüksək qiymətlənidirir. Günahı olanlara qarşı amnistiya tətbiq etmək niyyətindəyik. Yəni mümkün olanın ən maksimal variantlarını Azərbaycan Prezidenti təklif edir. Amma onlar başqa cür anlayacaqlarsa, başqa cür seçim edəcəklərsə, bu onların öz işidir”. 

İranla döyüşməyə hazırıq!” Parlament Tehranı “topa tutdu” - Professor Qabil  Hüseynli ilə CANLI

 Qabil Hüseynli 

“İlham Əliyevin təslim olmaq və amnistiya imkanı ilə bağlı çağırışını separatçıların ciddiyə almaq istəmədikləri görünür: gün ərzində verdikləri açıqlamalarda "müstəqil ölkə" olduqlarından danışır, təslim olmayacaqlarını bildirirlər və belə görünür ki, “ermənilərə qarşı terror edilir” iddiası ilə beynəlxalq təşkilatlara müraciətləri artırmaq niyyətindədirlər, hərçənd beynəlxalq səviyyədə qəbul olunan hansısa bəyanat, yaxud Bakıya edilən çağırışların heç bir praktiki tərəfi yoxdur". Bunu isə siyasi şərhçi Asif Nərimanlı bildirib. O qeyd edib ki, bu vəziyyətdə Bakının praktiki addımlar atmaqdan başqa yolu qalmır, əslində Əliyevin məsələni “Üçüncü dəvət olmayacaq, ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək” formasında qoyması da hadisələrin bu istiqamətdə inkişafı gözləntisini artırır: “Müdafiə Nazirliyinin son məlumatları da - "qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər", “qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub” - yaxın dövrdə praktiki addımların atıla biləcəyindən xəbər verir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR