İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər onların İrəvanda çıxışına etiraz etdilər

1135 29.08.2022 17:00 Şou-biznes A A

Oktyabrın 23-də İrəvanda keçiriləcək konsert Andro və The Limbaya görə ləğv olunub.

Musavat.com xəbər verir ki, ermənilər hər iki sənətçinin “Atlantic Records Russia” şirkətində çalışdıqları üçün onların çıxışlarına etiraz ediblər.

“tert.am” saytının yazdığına görə, təşkilatçılar etirazlara görə konsertin ləğv olunduğunu açıqlayıb:

“Həmin konsertdə azərbaycanlı müğənni çıxış etməyəcəkdi. Lakin lazımsız söhbətlərə yol verməmək üçün konserti ləğv etmək qərarına gəldik. Konsertdə azərbaycanlı müğənnilərin də əməkdaşlıq etdiyi “Atlantic Records Russia” etiketi ilə işləyən Andro və The Limba çıxış etməli idi. Amma bir çox erməni müğənnilər həmin şirkətlə işləyib. Hər halda, söz-söhbətə son qoymaq üçün konserti ləğv etdik”.

Xatırladaq ki, “Atlantic Records Russia” şirkəti 2018-ci ildə Azərbaycanın Xalq artisti Emin Ağalarov və müğənni Bəxtiyar Əliyev (Bahh Tee) tərəfindən təsis edilib. Şirkətdə ən məşhur rusiyalı sənətçilərlə yanaşı, erməni müğənnilər də çalışıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR