İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Laçın postunu hərbi yolla AÇMAĞA CƏHD EDƏCƏKLƏR? - xain hücum planının detalları CANLIda

1165 18.08.2023 13:37 Siyasət A A

SON DƏQİQƏ: Paşinyan Qafana getdi, aeroport ATƏŞƏ tutuldu Ermənistanın Azərbaycanla şərti sərhəddə, Sünik (Zəngəzur) vilayətinin Qafan rayonunda yerləşən hava limanının atəşə tutulduğu iddia edilib.

Bu barədə Ermənistanın sərhəd xidməti məlumat yayıb.

Növbəti dəfə yalan məlumat yayan İrəvan bildirilir ki, guya Azərbaycan tərəfindən bir nəfər avtomobillə Zəngəzura keçib və hava limanı istiqamətində üç dəfə atəş açıb. Onu saxlamaq mümkün olmasa da, görüntülərin qeyd alındığı deyilir. Hətta Ermənistan sərhəd xidməti məlumat və videonu Azərbaycan tərəfi ilə bölüşə biləcəyini deyərək, rəsmi Bakını məsələni araşdırmağa çağırıb.

Hadisənin 18 avqust gecə saat 4-5 arası baş verdiyi yazılıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının iclasındakı uğursuzluqdan sonra Paşinyanın Zəngəzura səfər etməsi, ardınca guya Azərbaycan tərəfinin həmin ərazidəki hava limanına atəş açması İrəvanın rəsmi Bakını ittiham etmək üçün uydurduğu növbəti ssenarisidir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR