İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər AYAĞA QALXDI: “Bakı haqlıdır, ərazimizi zorla alacaq!” – detallar CANLIda

2029 26.05.2023 13:24 Gündəm A A

Qarabağ həmişə Azərbaycanın bir hissəsi kimi tanınıb. Bu sözləri erməni deputat Matevos Asatryan deyib. “Sadəcə, biz bunu anlayıb qəbul etmək istəmədik. 1991-ci ilə və ya əvvəlki rəhbərlərimizin müsahibələrinə, mətbuat konfranslarına baxın…

Əgər biz Qarabağı Azərbaycan ərazisi kimi tanımasaq, artıq qarşı tərəfin də bizim ərazimizlə bağlı iddiaları ortaya çıxır. Deyir, siz mənim ərazi bütövlüyümü tanımırsınızsa, mən də sizin ərazi bütövlüyünüzü tanımıram və onu zorla alacağam”, - o bildirib.

Gündəmdəki bir çox mövzuları bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR