İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Arazdəyəndən zavodunu köçürür - Azərbaycanın daha bir qələbəsi?

1256 19.08.2023 14:03 Son xəbər A A

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Arazdəyən kəndində metallurgiya zavodunun, bəzi məlumatlara görə isə yalnız metal tullantılarının emalı üçün nəzərdə tutulan sexin tikintisi ilə bağlı işlər çoxdan dayandırılıb və bərpa olunmur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Azərbaycanın tələblərindən sonra zavodun sahibləri tikintiyə “texniki fasilə” verdiyini açıqlayıblar.

Yerli “Hraparak” qəzeti isə daha bir maraqlı məlumat paylaşıb.

“Məlumat var ki, zavodun tikinti sahəsinin mümkün köçürülməsi məsələsi müzakirə olunur. Arazdəyən (ermənilər Yerasx adlandırır-red.) sakinlərindən biri bizə zavodun Zod icmasına verilməsinin istənildiyini söyləyib. Lakin zavodun iki səhmdarından biri, “Virtual Funding” şirkətinin sahibi, tikintini həyata keçirən GTB şirkətinin direktorlar şurasının sədri Qriqor Ter-Qazaryan bunu təkzib edib və belə planların olmadığını bildirib. Onun sözlərinə görə, tikinti "texniki fasilədən sonra" davam edəcək",-deyə qəzet yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR