İnsanlara hürriyət, millətlərə istiqlal!

“Erməni xalqı ilə problemimiz yoxdur, Paşinyanla isə...” –Türkiyəli deputatdan AÇIQLAMA

856 25.04.2022 13:52 Gündəm A A

Xəbər verdiyimiz kimi "ABŞ Prezidenti Cozef Bayden erməni anım günü münasibətilə bəyanat səsləndirib.

Bəyanatla qondarma "erməni soyqırımı” məsələsi yenidən gündəmə gətirilib.

Mövcud bəyanatla bağlı Sfera.az-a danışan Türkiyənin millət vəkili Atilla Sertel Baydenin soyqırımla bağlı səsləndirdiyi fikirlərin Türkiyə və digər dövlətlər arasındakı münasibətlərə yönəlik olduğunu bildirib:

"ABŞ 130 il öncə baş verən hadisələrlə gündəmi qızışdırıb, Türkiyəni günahkar kimi təqdim edir. Bu, bizim digər ölkələr, qonşu dövlətlərlə barış istəyimizə dinamit qoymaq deməkdir. Soyqırım məsələsi hər dəfə Türkiyənin başqa ölkələrlə münasibətlərinə xələl gətimək üçün özəlliklə ortaya atılır. Çox açıq şəkildə deyə bilərəm ki, Türkiyə Cümhuriyyətinin tarixində utancevrici hər hansısa hadisə olmayıb. Osmanlı dövründə yaşanan hadisələr isə tarixçilər tərəfindən dəyərləndirilib və soyqırım qəbul edilməyib. Bundan başqa soyqırım haqqında danışmağa gərək duyulmur”.

Deputat türk və erməni xalqı arasında hansısa problemin olmadığını da sözlərinə əlavə edib:

"Kim nə danışırsa, danışsın Türkiyə bütün ölkələrlə dostluq münasibətlərini davam etdirəcək. Türkiyənin erməni xalqı ilə hansısa problemi yoxdur. Problem yalnız Ermənistan rəhbərliyi ilə ola bilər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR