İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni separatçılar Xocavənddə minaya düşüblər

1158 19.12.2022 14:15 Hadisə A A

Dekabrın 18-i günorta saatlarında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı birləşmələrinin yerləşdiyi mövqelərdən birində mina partlayıb.

Musavat.com Caliber.az-a istinadla xəbər verir ki, partlayış nəticəsində separatçı dəstənin iki üzvü ağır yaralanıb.

Yaralılar Xocavənddəki xəstəxanaya çatdırılıblar.

Samvel adlı separatçı dəstənin üzvü üzündən çoxsaylı qəlpə yaraları alıb, onun ayağı amputasiya edilib.

Vəziyyəti ağır qiymətləndirilən digər erməni separatçı isə baş və diz nahiyəsindən çoxsaylı qəlpə yaraları alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR