İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revansişt-separatçılar son dəfə toparlanır - Bakının cavabı amansız olacaq!

1818 17.05.2023 10:33 Gündəm A A

Hayların hiyləgər suverenlik oyunu: Paşinyan sözdə 29.8 min kv/km deyir, əməldə başqa şey, radikallar isə sözdə də, əməldə də 34.2 min kv/km deyirlər! Yeni müharibə qapıda...

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan 14 may Brüssel görüşündən sonra Ermənistandakı revanşistlərlə Qarabağdakı separatçı ünsürlər təzədən hərəkətləniblər. Hətta Mişelin özünü xain elan eləməyə başlayıblar.

Artıq bəllidir ki, Ş.Mişel görüş zamanı Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü SSRİ dönəmındəki sərhədlər çərçivəsində və Almatı Bəyannaməsi əsasında tanıdıqları bir daha təsbit edib. Bu dəfə həm də iki qonşu ölkənin sovet dönəmindəki ərazilərini konkret rəqəmlərlə göstərməklə: müvafiq şəkildə 86.6 və 29.8 min kv/km. 

Yəni keçmiş DQMV (Mişel bu ifadəni işlətdi) ərazisi də Azərbaycana məxsusdur. Bundan əlavə, Aİ rəhbəri Qarabağdakı “erməni əhalisi”, “azlıq” ifadələrini dilə gətirib. Yəni ermənilərin xeyli vaxtdır beynəlxalq birliyə həyasızcasına sırımağa çalışdıqları uydurma “Dağlıq Qarabağ xalqı” deyilən bir anlayış yox!

Gələn xəbərlərə görə, Ş.Mişelin beynəlxalq hüquqa söykənən obyektiv mövqeyi Ermənistanda və “Şeytan yuvası” Xankəndidə radikalları əməllicə özlərindən çıxarıb, az qala onlara od qoyub. Radikal-daşnaklar yenə baş nazir Nikol Paşinyanı təcili istefaya çağırıblar. Ona qarşı hədələr səsləndiriblər. Hərçənd Paşinyanı “sülh göyərçini” saymaq da mümkün deyil. Əks halda, Bakının irəli sürdüyü məlum 5 prinsip əsasında ədalətli sülh sazişi təklifindən üç ildir müxtəlif bəhanələrlə yayınmaz, Azərbaycana qarşı absurd şərtlər qoymazdı...

*****

Paşinyanın geyimi müzakirələrə səbəb oldu - Bu təlxəyi Qafqazın Zelenskisi  kimi təqdim etmək istəyirlər

“Nikol Paşinyan ya Şarl Mişelin bəyanatını təkzib etməli, ya da istefaya hazır olmalı, bununla da öz qanunsuz əməllərinə görə məsuliyyəti Ermənistanın üzərindən götürməlidir”.

Bunu “Birlik” hərəkatının üzvü, müxalif ictimai-siyasi xadim Avetik Çələbyan öz Facebook səhifəsində yazıb.

“Əgər Paşinyan bunu etməsə, o zaman Ermənistanın bütün dövlətyönlü qurumları birləşməli, onun istefasına nail olmalı və baş naziri məsuliyyətə cəlb etməlidir. Mən bütün tərəfdaşlarımızı bu adamın Ermənistana və Qarabağa vuracağı ziyanın qarşısını almaq üçün vahid mövqedən çıxış etməyə çağırıram”, - deyə Çələbyan bildirib.

Özünü “hüquqşünas” sayan keçmiş ədliyyə naziri Gevork Danielyan isə görün nə çərənləyir.

“Ermənistan konstitusiyasına əsasən, Dağlıq Qarabağın Ermənistan tərəfindən hər hansı dövlətin tərkibində tanınması ilə bağlı istənilən beynəlxalq müqavilə etibarsızdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, öz Facebook səhifəsində yazıb.

“Heç kimin ”Qarabağ xalqı"nın (?! - red.) öz müqəddəratını təyinetmə referendumunun nəticələrini rədd etmək səlahiyyəti yoxdur, hətta “Qarabağ xalqı”nın yeni referendum təşəbbüsü ilə çıxış edib-etməməsinə qərar vermək səlahiyyəti belə yoxdur. Onlar yalnız “Qarabağ xalqı”nın təhlükəsizliyinə və öz müqəddəratını təyinetmə hüququna hörmətə zəmanət verə bilərlər, lakin hüquqi prosesləri ləğv edə bilməzlər", - Danielyan sarsaqlayıb.

Onun iddiasına görə, Qarabağda 1991-ci il dekabrın 10-da keçirilmiş qondarma “referendum” o vaxt qüvvədə olmuş SSRİ qanunvericiliyin tələblərinə tam uyğundur və “bundan sonrakı qanunvericilik manipulyasiyaları artıq bu hüquqi prosesə şamil edilmir”.

Xankəndidən çıxmaq qadağan edildi - Separatçılar köçün qarşısını ala bilmir

Başqa sözlə, guya separatçı qurum Azərbaycan SSR-in tərkibindən tam qanun-qayda ilə, beynəlxalq hüquq əsasında çıxıb.

*****

Əlbəttə ki, növbəti erməni cəfəngiyyatıdır. 

Əvvəla, belə idisə, niyə indiyədək bircə dövlət və ya hansısa beynəlxalq təşkilat həmin “referendumun” nəticələrini tanımayıb? 

İkincisi, keçmiş DQMV-nin azərbaycanlı əhalisinin qatılmadığı “referendum” necə ədalətli və azad sayıla bilər(di)?

Üçüncüsü, yalançının yaddaşı olmaz. Məsələ ondadır ki, SSRİ konstitusiyası heç vaxt muxtar vilayətlərə tərkibində olduqları müttəfiq respublikadan sərbəst çıxmaq hüququ tanımayıb. Doğrudur, Sovetlər Birliyi dağılmaq üzrə ikən Mixail Qorbaçov müttəfiq respublikaların Sovet İttifaqından ayrılmasını qəlizləşdirən qanunun (1990) qəbuluna müvəffəq olmuşdu. Ancaq həmin qanun SSRİ dağılanadək qüvvədə olmuş (1977) SSRİ konstitusiyasının 2 təməl maddəsinə daban-dabana zidd idi: 1. “Müttəfiq respublikanın SSRİ tərkibindən çıxmaq hüququ var” (preamblua) və 2. “Müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz” (maddə 78). Qanunla konstitusiya arasında ziddiyyət yarananda isə konstitusiyaya üstünlük verilir, qanuna yox!!         Dördüncüsü, məhz elə bu səbəbə SSRİ Konstitusiya Məhkəməsinin son aktlarından biri qondarma “DQR”in müstəqilliyi ilə bağlı separatçıların keçirdikləri qanunsuz “referendumun” nəticələrinin ləğvi haqda olub.

*****

Əlbəttə, bütün bu hüquqi aktlar tam əsas verdi ki, Azərbaycan heç bir saxta “referenduma” məhəl qoymadan 44 günlük müharibədə öz ərazi bütövlüyünü güc yolu ilə bərpa eləsin. Gerçək budur ki, Qarabağdakı saxta referendumu legitim sayan tək ölkə Ermənistandır. Bu da təbiidir. Çünki Ermənistanın konstitusiyasında Azərbaycana, eləcə də qardaş Türkiyəyə qarşı rəsmən ərazi iddiaları yer alıb. 

Belə ki, 1995-ci ildə qəbul olunan və hələ də qüvvədə olan həmin konstitusiyanın preambula hissəsində Ermənistanın Müstəqillik Aktına istinad edilir, Müstəqillik Aktında isə keçmiş DQMV-nin Ermənistana birləşdirilməsi haqda müddəa var. Yəni “Ermənistan ərazisi” deyəndə indiki konstitusiya təkcə 29.8 min kv/km-lik Ermənistan SSR-i deyil, həm də 4.4 kv/km-lik keçmiş DQMV-ni özündə ehtiva edir - 34.2 kv/km! 

Ermənistanın “Müstəqillik haqqında Akt”ında (maddə 11) və konstitusiyasında (maddə 13) Türkiyə ilə bağlı isə “soyqırım” və təzminat iddiası yer alır, habelə Türkiyənin qanuni torpaqları “Qərbi Ermənistan” kimi təsbit edilir, hətta Ermənistanın gerbində Türkiyə ərazisinin bir hissəsi  (Ağrı dağı) əks olunub. Qısası, Azərbaycanla yanaşı, qardaş ölkəyə də konstitusion səviyyədə ərazi iddiası davam edir. Bu azmış kimi, 1992-ci ildə Ermənistan parlamentinin qəbul elədiyi və hələ də qüvvədə olan qanuna əsasən heç bir erməni rəsmisi “Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı sənədə imza ata bilməz”.

Bu, sözsüz ki, Paşinyan iqtidarına da aiddir. Demək, Bakı ilə sülh sazişini ratifikasiya eləməkdən öncə Ermənistan parlamenti öncə beynəlxalq hüquqa zidd olan bütün bu kimi konstitusion maddələri və aktları ləğv eləməlidir. Yeri gəlmişkən, Azərbaycan və Türkiyə bu faktları əsas götürərək, Ermənistanı Beynəlxalq Məhkəməyə verə və onun konstitusiyanın qeyri-legitim kimi tanınmasına nail ola bilər.

*****

Belə bir müraciət olsa da, olmasa da, Azərbaycan Qarabağın yerdə qalan ərazisində öz dövlət suverenliyini bərpa eləmək hüququnu özündə saxlayır. Zor, ya xoş. İstənilən üsulla. O günə bir şey qalmayıb. Son dəfə toparlanıb üstümüzə gəlməyə hazırlaşan, müxtəlif məkrli planlar quran revanşist-separatçılara cavabımız amansız olacaq...   

Analitik xidmət,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR