İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nəşri: "Samvel Babayan Qarabağda vəziyyəti gərginləşdirməyə doğru aparır"

726 30.05.2023 11:19 Gündəm A A

Samvel Babayan Qarabağda vəziyyəti gərginləşdirməyə doğru aparır 

Musavat.com xəbər verir ki, bu barədə erməni nəşri olan "Hrapark"da yayımlanan yazıda qeyd edilib.

Nəşr yazır ki, separatçı rejimin baş terrorçusu Arayik Arutyunyanın son fərmanları Qondarma “DQR”in “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayanın planlarına mane olmaq üçün verilib.

Xatırladaq ki, cümə günü separatçı rejimin başçısı ermənilərin öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi istisna olmaqla, bütün növ toplantıları qadağan edərək, hərbi vəziyyətlə bağlı tətbiq edilən əlavə məhdudiyyətlər tətbiq edib, habelə bayram və anım günləri, həmçinin informasiya sahəsində müəyyən məhdudiyyətlər tətbiq edilib.

"Bizə məlumat verildi ki, separatçı rejimin müvafiq orqanları Babayanın Qarabağda etiraz aksiyaları törətmək, dövlət qurumlarının girişlərini bağlamaq və Xankəndində 2018-ci ilin inqilab senarisini təkrarlamaq niyyətində olması barədə operativ məlumat əldə ediblər. Rejimdəki mənbələrimizin bildirdiyinə görə, bu addımlar (Arayikin verdiyi fərmanıar) Rusiya sülhməramlılarının məsləhəti ilə daxili vəziyyəti pozmamaq üçün atılıb."-, deyə məqalədə bildirilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR