İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalifətçi: "Ermənistan hakimiyyətinin məqsədi nəhayət, Qarabağ məsələsini bağlamaqdır"

776 17.11.2023 14:04 Dünya A A

Ermənistan hakimiyyətinin məqsədi Qarabağ məsələsini tamam bağlamaqdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu noyabrın 17-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə müxalif “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan deyib.

Erməni siyasətçinin sözlərinə görə, Paşinyan iqtidarı bunun üçün hər şeyi edəcək.

Deputat Nikol Paşinyan hökumətinin Qarabağın (olmayan-red.) separatçı “qurumlarının” fəaliyyətinə müxtəlif maneələr yaradacağını istisna etməyib.

“Hakimiyyət “Qarabağ institutlarının” mövcudluğunda müəyyən təhlükələr və risklər görür. Lakin Azərbaycanın Ermənistana hücum etməsi ilə bağlı heç bir risk görmür”, - deyə Xaçatryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR