İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mediası diversantların FOTOlarını yaydı

1562 30.05.2023 12:04 Gündəm A A

Xəbər verdiyimiz kimi, may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Musavat.com bildirir ki, diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Qeyd edək ki, DSX-dan verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdı.

Erməni sosial şəbəkələrində həmin diversantların fotoları yayılıb. İddia edilir ki, fotodakılar 26 mayda ordumuz tərəfindən saxlanılan hərbçilərdir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR