İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hakim Türkiyə himninə hörmətsizlik etdi, cəzalandırıldı - VİDEO

960 06.07.2023 16:42 Gündəm A A

Moldovada keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında ermənistanlı hakim Türkiyə himninə hörmətsizlik edib. 

Musavat.com "qafqazinfo"ya istinadən xəbər verir ki, qadın referi Nazik Avdalyan qardaş ölkə idmançısının şərəfinə səslənən himn zamanı yerə çöküb.

Bu onun ilk belə hərəkəti olmayıb. Daha öncə də Türkiyə himninə hörmətsizlik edən Avdalyan bu dəfə cəzalandırılıb.

Belə ki, türkiyəlilərin şikayətindən sonra onu əsas hakimlikdən çıxarıb ehtiyat hakimliyə keçiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR