İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni generaldan SENSASİON ETİRAF

1882 01.08.2023 17:15 Son xəbər A A

“Ermənistan hakimiyyəti növbəti xəyanətkar siyasətini həyata keçirmək üçün ordunu tamamilə məhv edib, zabitlərini dəmir barmaqlıqlar arxasında saxlayır, çünki bu adamlardan qorxur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə ədliyyə general-mayoru Tatul Petrosyan jurnalistlərlə görüşündə danışıb.

Onun iddiasına görə, Ermənistan silahlı qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri Qriqori Xaçaturov layiqli davranışına görə cəzalandırılıb.

“Hakimiyyət onu ölkə sərhədlərini möhkəm qoruduğu üçün cəzalandırır. O, 2021-ci il fevralın 25-də 41 general və polkovniklə birlikdə bu hakimiyyətin ölkəni məhvə apardığı ilə bağlı bəyanata imza atmışdı. Xaçaturov sırf siyasi sifarişlə həbsdədir”, - deyə Tatul Petrosyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR