İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni əsgər tərxis olunduğu gün öldü

879 14.01.2024 19:27 Region A A

Ermənistan ordusunun qar uçqunu altında qalan 20 yaşlı hərbçisi barədə ilginc məlumat yayılıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Vedi (Ararat) rayonunun Aintap kəndindən olan Beniamin Manuçaryanın ölümü onun ordudan tərxis olunduğu gün baş verib.

Ayntəpə inzibati ərazi dairəsinin rəhbəri Qeqam Ovannisyan bu haqda məlumat verib.

“Beniamin artıq tərxis olunmuşdu, bu hadisə onun tərxis olunduğu gün baş verib. Ona deyiblər ki, evə getmək üçün dağdan ensin. Bu zaman qar altında qalıb. Bunun necə baş verdiyi barədə isə bizə başqa təfərrüatlar açıqlanmır”, icma rəhbəri deyib.

“Çox yaxşı oğlan idi. O, musiqiçi idi, çalırdı, oxuyurdu və bu gün onu tərxis etmək lazım idi”, əlavə edib. Məlumata görə, Beniamin ailənin böyük uşağı olub. Ondan sonra kiçik bacısı və qardaşı qalıb.

Qeyd edək ki, son həftə ərzində Ermənistan ordusunun 4 hərbçisi müəmmalı şəkildə ölüb və ya qətlə yetirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR