İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: Türkiyə Ermənistanın daxili və xarici işlərinə müdaxiləni artıracaq

707 13.09.2023 01:49 Son xəbər A A

Türkiyə Ermənistanı nüfuz dairəsinə daxil edərək, onun daxili və xarici işlərinə aktiv surətdə qarışacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir iddia erməni türkoloq Varujan Geqamyan tərəfindən səslənib.

“Türkiyə prezidenti Ərdoğan və Ermənistanın baş naziri arasında önəmli xüsusları simvolizə edən telefon danışığı olub. Söhbət “Dağlıq Qarabağda” (Qarabağda rus sülhməramlıların nəzarət zonasındakı oyuncaq və qondarma qurumda-red.) “keçirilən prezident seçkilərindən” (qondarma-red.) dərhal sonra baş tutduğu üçün elə əsas mövzu da onun ətrafında gedib. Əslində Ermənistan rəsmi olaraq Türkiyənin Qarabağ münaqişəsində tərəf olmasına icazə verib. Bundan əvvəl diplomatik müstəvidə biz həmişə Türkiyənin bu cür cəhdlərini dəf edirdik, indi isə özümüz Ankaranı oyuna daxil edirik. Erməni tərəfi Türkiyə təsirinin Cənubi Qafqazda yayılmasını qanuniləşdirib. Əgər Ermənistan Qərbə üz tutsa, bunun nəticələri ilə bizim üçün Qərb NATO üzvü kimi Türkiyə olacaq”, - deyə erməni ekspert qeyd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR