İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: "Azərbaycanın Qarabağda tez bir müddətdə əməliyyat keçirmək planı hazırdır"

776 10.07.2023 13:59 Son xəbər A A

Qarabağ probleminin güc yolu ilə həlli variantı artıq işlənib hazırlanıb və birmənalı şəkildə masa üzərindədir.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu erməni hərbi analitik, “APRI Armenia” mərkəzinin araşdırmaçısı Leonid Nersisyan deyib.

“Təəssüf ki, (Ermənistan üçün-red.) reallıqda çox təhlükəli vəziyyət yaranıb. “Müdafiə Ordusu” (əslində Ermənistan Silahlı qüvvələri-red.) tərksilah olunarsa, Azərbaycan əsgələrinin dərhal oraya daxil olması ehtimalı yüksəkdir və bu şərti yerinə yetirməkdən imtina etdiyi halda Azərbaycanın bu və ya digər səviyyədə hərbi əməliyyat keçirməsi mümkün görünür. Bununla Azərbaycan bölgəyə tam nəzarəti bərqərar edə bilər”, - deyə o, bildirib.

Nersinyanın sözlərinə görə, Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi yerlərə müdaxilə variantı artıq işlənib hazırlanıb və onun həyata keçirilməsinə hazırlaşmaq çox vaxt aparmayacaq. “Lakin indiki mərhələdə hərbi ssenarinin həyata keçirilməsinə mane olan bəzi məhdudlaşdırıcı amillər hələ də mövcuddur. Bununla belə, bu maneələr zaman keçdikcə zəifləyir”,-deyə o, qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR