İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni diplomatdan sülh müqaviləsi və Rusiya ilə bağlı açıqlamalar  

650 29.01.2024 15:30 Region A A

Ermənistan Xarici İşlər nazirinin müavini Vahan Kostanyan bu gün, yanvarın 29-da jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyanın bir-birinin silahlarına nəzarət və hücumlardan imtina ilə bağlı Azərbaycana verdiyi təklifləri açıqlamasına münasibət bildirib.

Musavat.com-un məlumatına görə erməni diplomat Paşinyanın fikirlərini “heç bir siyasi çağırışı olmayan” siyasi bəyanatlar kimi qiymətləndirib.

Qeyd edib ki, “müvafiq müsbət cavablar olarsa, müzakirələr təbii olaraq başqa mərhələyə keçəcək”. Sülh müqaviləsinin perspektivlərinə gəlincə, nazir müavini deyib: “Biz qonşularımızla münasibətlərin tam nizamlanmasında və sülh sazişinin imzalanmasında səmimi olaraq maraqlıyıq. Bilirsiniz ki, biz yanvarın 4-də müvafiq sazişin mətninin yenidən işlənmiş variantını göndərmişik. Əslində biz Azərbaycanın cavabını gözləyirik. Dünən cavabın bir neçə həftə ərzində veriləcəyi ilə bağlı bəyanatlar var idi”.

Moskvanın Rusiyanın Ermənistandakı səfirini dəyişdirmək niyyəti ilə bağlı suala toxunan Kostanyan bildirib ki, onda belə bir məlumat yoxdur: “Xarici İşlər Nazirliyinə rəsmi olaraq heç bir mesaj daxil olmayıb”.

Ermənistanın Rusiyadakı səfirinin təyinatı ilə bağlı aqreman artıq göndərildiyi üçün “xəbər çıxanda lazımi şəkildə çatdırılacaq” deyib. KTMT baş katibinin özü ilə İrəvana gətirdiyi Minsk sammitinin sənədlərinə Ermənistanın qoşulub-qoşulmadığı ilə bağlı suala Vahan Kostanyan belə cavab verib: “Onlar müzakirə mərhələsindədir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR