İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni diplomatdan ŞOK AÇIQLAMA: “Paşinyan bunu etməyə borcludur”

1397 22.07.2024 15:52 Region A A

“Azərbaycan regionda öz maraqlarına əsaslanacaq hadisələrə görə hərəkət edir və buna görə də sülh müqaviləsi imzalamaqdan yayınır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir sərsəm iddia Ermənistanın Sankt-Peterburqdakı keçmiş baş konsulu Vardan Akopyan tərəfindən gəlib.

“Azərbaycana görə onunla Ermənistan arasında müxtəlif çəki dərəcələri var və buna görə də Paşinyan uduzan ölkənin nümayəndəsi kimi sülh müqaviləsi imzalamadan belə bütün tələblərini yerinə yetirməyə borcludur. Fəal xarici siyasət yürüdən, beynəlxalq aləmdə fəal təmaslarda olan rəsmi Bakı regionumuzda ciddi dəyişikliklərin baş verdiyini görür və bu dəyişikliklərin onun maraqlarından irəli gələcəyinə inanır, ona görə də hər hansı sənədi imzalamır”, - deyə erməni diplomat bildirib.

Vardan Akopyan hesab edir ki, Azərbaycana görə, Ermənistanın müdafiə potensialı aşağıdır, bu ölkənin beynəlxalq aləmdə çəkisi yoxdur:

“Məhz bu reallıqlara söykənərək Azərbaycan tərəfi heç bir formatda danışıqlara ciddi yanaşmır. Bütün bunların fonunda Ermənistanın mövqeyi yalnız təəssüf doğura bilər.

Onların (Ermənistandakı hazırkı administrasiyanın) heç bir mövqeyi yoxdur. İndiki mərhələdə sülh müqaviləsinin müzakirələrində Ermənistan tərəfinin öz şərtlərini, öz məqamlarını təqdim etməyə heç bir çəkisi yoxdur. Axı, danışıqlar mahiyyətcə sövdələşmə xarakteri daşıyır. Amma bizim (Ermənistan - red.) tərəfimiz yalnız bir tələb üzərində cəmlənib - qiyməti nə olursa olsun, istənilən sənədi imzalamaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR