İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatların yumruqlaşması: müxalifətçini tuturlar...

436 07.04.2023 13:48 Son xəbər A A

Bu gün Ermənistan parlamentinin iclasında baş prokuror Anna Vardapetyanın iclasa gələcəyi gözlənilir. Gündəmdə deputat Mher Saakyanın cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi var.

Musavat.com erməni agenltiklərə istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazır.

“İndi hüquq-mühafizə orqanları son qərar vermək üçün istintaqın gedişini izləyirlər. Anna Vardapetyan hansı konkret tələblə parlamentə daxil olacağı bilinmir.Baş prokuror ya onun yalnız toxunulmazlığını istəyə, ya da həbsi barədə vəsatət qaldıra bilər.

Xatırladaq ki, Mger Saakyan hakim “Vətəndaş sazişi” parityasından deputat və parlament komissiyasının sədri Vladimir Vardanyanı iclasda vurmaqda təqsirləndirilir.

Müstəntiqləri indi həmin vaxt deputatın əlində əşya olub-olmadığı maraqlandırır, çünki Vladimir Vardanyan öz ifdəsində Mher Saakyanın onun sol qaşına hansısa əşya ilə vurduğunu göstərib. Sonuncu Vardanyanı yumruqla vurduğunu bildirir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR