İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Dəhliz məsələsini Rusiya gündəmə gətirir”

1023 25.10.2022 16:02 Region A A

“Mən Qərbin Ermənistana təzyiqini görmədim, lakin Azərbaycanla dəhlizin qurulması üçün israr edən Rusiya olub”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 25-də jurnalistlərlə söhbətində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat, Ermənistan müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyan deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan-Ermənistan məsələlərinə qərəzli münasibət sərgiləyir. Erməni deputat iki ölkə lideri arasında Rusiyada olacağı bildirilən görüş haqqında yaxşı heç nə gözləmədiyini qeyd edib.

“Görüş olacağını kim deyib? Kreml bizə heç nə deməyib. Əgər görüş olsaydı, Astanada olardı. Əgər Rusiya lideri orada toplantı təşkil etmək istəsəydi, təşkil edərdi, amma istəmədi. Əgər rəsmi dəvət gəlsə, onda görərik. Mənim gözləntim yoxdur, çünki siz Azərbaycan prezidenti Əliyevin Astanada son bəyanatlarını dinləsəniz, o dedi ki, “dəhliz” yoxdursa, mən bunu başqa cür qəbul edəcəm”, - deyə Qaqik Melkonyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR