İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni canilərə Bakıdan sərt cavab: “Müharibəni yalnız Paşinyan deyil, “dənizdən dənizə” idelogiyasının müəllifləri uduzdu”

3829 28.01.2024 16:16 Region A A

“Ermənistanda qeyd edilən ordu günündə müxalifət təmsilçiləri “Azərbaycanla müharibədə Ermənistan ordusu məğlub olmayıb, hakimiyyət məğlub olub” kimi məntiqsiz epitetlər işlədirlər. Yəqin bununla həm ordunu zərbə altından çıxarmaq, həm də “məğlub sindromundan” qurtulmaq istəyirlər”.

Musavat.com-un məlumatına görə, bu fikirlər politoloq Elxan Şahinoğluna məxsusdur.

42e3787334-Elxan-sahinoglu-beyne.jpg (119 KB)

Qeyd edək ki, eks-prezident Serj Sərkisyandan sonra keçmiş müdafiə naziri Seyran Ohanyan da eyni məntiqsiz iddia ilə bu gün, Yerablurda olarkən çıxış edib.

E.Şahinoğlunun fikrincə, görünür, erməni müxalifəti hesab edir ki, hakimiyyətdə Nikol Paşinyan deyil, Robert Köçəryan və ya Serj Sərkisyan olsaydı, Ermənistan ordusu məğlub olmayacaqdı:

“Unudurlar ki, illər uzunu aparılan danışıqların nəticəsiz qaldığını görən Azərbaycan hakimiyyəti və cəmiyyəti müharibənin qaçılmaz olduğunu anlayır və bütün hazırlıqlarımız bu yöndə idi. 2016-cı ildə 4 günlük aprel savaşı da Ermənistana nəticə çıxmaq üçün dərs olmadı. Elə bildilər ki, bu ötəri müharibədir və davamı gəlməyəcək, Azərbaycan növbəti müharibəyə risk etməyəcək, böyük dövlətlər bizə torpaqlarımızı azad etməyə imkan verməyəcəklər”.

Politoloq erməni qatillərin iddialarının heç bir əsasının olmadığı qənaətindədir:

“Tutaq ki, erməni müxalifətinin söylədiyi kimi, Ermənistanda hakimiyyətdə Robert Köçəryan kimi biri olsaydı, bu nəyisə dəyişəcəkdimi? Yəqin müxalifət təmsilçiləri və ekspertləri düşünürlər ki, Köçəryanın Rusiya ilə yaxınlığı Azərbaycanı müharibədən çəkindirən amil olacaqdı. Azərbaycan Türkiyə ilə hərbi ittifaqı Köçəryan və Sərkisyan hakimiyyətdə olduğu illərdən gücləndirməyə başlamışdı və Kremlin özü də Ankara ilə tərəfdaşlığı gücləndirirdi. Bu amil Azərbaycanın xeyrinə işləyirdi. Türkiyə ilə ittifaq həm də ona görə Azərbaycan üçün vacib idi ki, birincisi, Azərbaycan ordusunun modernləşdirilməsi sürətlənsin; ikincisi, müharibənin başlayacağı halda Türkiyə Azərbaycana müxtəlif istiqamətlərdən təzyiqləri neytrallaşdırsın. Bunun hər ikisi uğurla həyata keçirildi. Azərbaycan torpaqlarını geri qaytarmaq üçün həlledici həmləyə hazırlaşırdı. Köçəryan hakimiyyətdə olsaydı belə Rusiya Azərbaycanı durdurmayacaqdı. Rusiya Türkiyə amilini də nəzərə alaraq Azərbaycanla açıq qarşıdurmaya getməyəcəkdi. Odur ki, erməni müxalifətinin yanlışı var, Azərbaycanla müharibəni yalnız Nikol Paşinyan deyil, Ermənistanın bütün siyasətçiləri, generalları, “dənizdən dənizə” idelogiyasının müəllifləri, Konstitusiyalarını qonşularına ərazi iddiaları üzərində formalaşdıran düşüncə tərzi uduzdu. Nikol Paşinyan dərsini aldı və sanki vəziyyətdən çıxış yolları axtarır, dərsini almayan ermənilər isə hələ də reallıqları qəbul etmək istəmirlər, ancaq alternativləri də yoxdur”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR