Türkiyəli müğənni Seda Sayan həyat yoldaşı ilə münasibətlərindən danışarkən diqqətçəkən fikirlər səsləndirib.
Musavat.com xəbər verir ki, sənətçi həyat yoldaşının onsuz tətilə getməsinə müsbət yanaşmadığını bildirib. Onun sözlərinə görə, qadın və kişilərin birlikdə iştirak etdiyi tətil səfərləri münasibətlərdə müxtəlif problemlərə səbəb ola bilər.
Bununla yanaşı, Seda Sayan ərinə güvəndiyini də vurğulayıb. O qeyd edib ki, həyat yoldaşı dostları ilə vaxt keçirəndə ona zəng edib harada olduğunu soruşmur və eyni münasibəti özü də görür.
Müğənninin “Kişini bir neçə günlük tətilə tək göndərsən, artıq o sənin deyil” fikri sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilərin bir qismi bu yanaşmanı dəstəkləsə də, digərləri onu həddindən artıq qısqanclıq kimi dəyərləndirib.
Könül
Musavat.com






