İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəb klubundan Ronaldoya 240 milyon avro təklifi - Hücumçu rədd edib

984 13.09.2022 13:33 İdman A A

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldoya Səudiyyə Ərəbistanı klubundan yüksək məbləğli təklif göndərilib.

Qol.az "Mirror"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu portuqaliyalı oyunçuya ildə 240 milyon avro maaş təklif edib. Lakon Ronaldo onu avtomatik olaraq dünyanın ən çox maaş alan futbolçusu edəcək təklifi rədd edib.

Xəbərdə o da qeyd olunub ki, 37 yaşlı forvard ona verilən oyun müddətindən narazı olduğu üçün onun bu mövsümün sonuna qədər “Mançester Yunayted”dən ayrılmaq ehtimalı yüksək olaraq qalır.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal Ronaldonu yerli çempionata gətirmək istədiyini bildirmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR