İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ərdoğanla bundan sonra da hesablaşacaqlar" - politoloq

478 28.05.2023 21:41 Siyasət A A

"Rəcəb Tayyib Ərdoğan bu dəfə də qazandı, 21 il ərzində keçirilən bütün seçkilərin qalibidir. Müxalifətin formalaşdırdığı "altılı masa" Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu uğura apara bilmədi".

Musavat.com xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sosial media hesabında yazıb.

O, seçki prosesini təhlil edərək bir neçə məqama diqqət çəkib: "Birincisi, keçmiş nazirlər Əli Babacanla Əhməd Davudoğlu müxalifətə əlavə səs qazandıra bilmədilər, çox danışsalar da, Kamal Kılıçdaroğluna faydası olmadı. İkincisi, İyi Partiyanın lideri Meral Akşener ilk gündən Kamal Kılıçdaroğlunun yerinə qalib gələ bilən namizədin irəli sürülməsini istədi, hətta masadan qalxdı, ancaq onu eşidən olmadı. Üçüncüsü, "altılı masa" vahid namizəd məsələsini çox gec müəyyənləşdirdi. Dördüncüsü, Kamal Kılıçdaroğlu PKK-nın siyasi qanadı ilə ittifaqda olmadığını cəmiyyətə izah edə bilmədi və bu səbəbdən milliyətçilərin səslərini qazana bilmədi. Beşinicisi, Kamal Kılıçdaroğlunun seçki kampaniyası zamanı Türkiyə vətəndaşlarının mənfi yanaşdığı ABŞ-a səfərinin və orada keçirdiyi görüşlərin ona xeyrindən çox ziyanı oldu".

E.Şahinoğlu hesab edir ki, Kamal Kılıçdaroğlu böyük ehtimalla partiyasından istefa verəcək və siyasətdən çəkiləcək: "Meral Akşener isə "axı mən sizə xəbərdar etmişdim ki, gəlin ya İstanbul, ya da Ankranın bələdiyyə başçısının namizədliyin irəli sürək" açıqlamasının aktuallığı artacaq və müxalifətdə çat əmələ gələcək. Buna baxmayaraq, Rəcəb Təyyub Ərdoğanın qarşısında mürəkkəb vəzifələr var. Bunlardan başlıcası iqtisadiyyatdakı geriləməni və dərinləşən inflyasiyanı durdurmaq və insanların rifah halını yüksəlməkdir. Azərbaycana gəldikdə müttəfiqlik daha da güclənəcək və bu bizə Qarabağda yerdə qalan məsələləri də həll etməyə imkan verəcək. Ərdoğanın qələbəsi erməniləri də məyus edib. Rusiya prezidenti Vladimir Putin Cənubi Qafqazda Ərdoğana faktoru ilə əvvəlkitək hesablaşacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR