İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan ŞOK XƏBƏRDARLIQ: "Narahat olsanız da, davam edəcəyik"

1584 01.03.2024 17:06 Dünya A A

"Türkiyə böhranlardan ən çox zərər çəkən ölkələrdən biridir. Bəşəriyyətin gündəmini zəbt edən münaqişələr və risklər bizim yaxın coğrafiyamızda yaşanır".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, Türkiyə 40 ildir terrorla mübarizə aparır:

"Biz İŞİD-ə qarşı mübarizə aparan yeganə NATO müttəfiqiyik. Son zamanlar etiraz aksiyası adı altında Qurana qarşı iyrənc hücumların əksəriyyəti Türkiyə səfirlikləri qarşısında həyata keçirilib. Artıq 12 ildir ki, qeyri-qanuni miqrasiya məsələsi ilə bağlı ciddi təzyiqlərə məruz qalmışıq. Münaqişələrdən və terror təşkilatlarının zülmündən qaçan 4 milyona yaxın qaçqını qəbul edirik. Türkiyənin heç bir hadisəni görməməzlikdən gəlmə yolu yoxdur. Həqiqəti söyləyənlərin səsinin kəsildiyi bu dövrdə belə bir missiyanın çətinliklərinin fərqindəyik. Buna baxmayaraq, bəzi insanları narahat etsə də, biz bunu davam etdirəcəyik".

Ərdoğan qeyd edib ki, Ankara üzləşdiyi geosiyasi riskləri idarə etmək üçün əvvəlkindən daha fəal, çoxşaxəli və soyuqqanlı siyasət yürüdür:

"Biz çalışırıq ki, hər bir sahədə ölkəmizin mənafeyini qətiyyətlə, prinsiplərimizi pozmadan müdafiə edək. Diplomatiya böhranların sülh yolu ilə həllində əlimizdə olan ən böyük vasitədir. Nə qədər ki, biz qarşılıqlı anlaşma çərçivəsində hərəkət edirik və maksimalist məqsədlər güdmürük, aşılması mümkün olmayan heç bir maneə yoxdur".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR