İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Türkiyənin yeni qazma gəmisinin yola salınma mərasimində iştirak edib

373 09.08.2022 16:19 Region A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni qazma gəmisi olan “Abdülhamid Han”ın ilk missiyaya yola salınması mərasimində iştirak edib.

 Musavat.com  "Report"a istinadən xəbər verir ki, əvvəlcə göyərtəsində Türkiyə Prezidentinin olduğu helikopter ölkənin Cənubundakı Mersin vilayətinin Taşucu dəniz limanında qazma gəmisinin olduğu yerə enib.

Yola salınma mərasimindən sonra Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edib.

Qeyd edək ki, yeddinci nəsil qazma gəmisinin uzunluğu 238 metr, eni isə 42 metrdir.

“Abdülhamid Han” 12,200 metrə qədər dərinlikdə qazma işləri apara bilər.

Dünyada bu sinifdən cəmi 4-5 qazma gəmisi var.

23e717ba-b939-3580-93bc-ed8fe6047250.jpg (450 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR