İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan seçicilərinə səsləndi

702 24.05.2023 20:50 Son xəbər A A

"Mayın 28-də seçki qutularını boş buraxmayın".

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.

O bildirib ki, səs qutusu boş qoyulsa, kimsə gəlib onu dolduracaq:

“Bizim ən böyük düşmənimiz qələbə eyforiyasıdır. Biz birləşəcəyik, imperialistlərin oyununu pozmaq üçün qardaş olacağıq. Bizim vədimiz millətimizədir. Siyasi həyatımızın hər dövründə olduğu kimi bu gün də sözümüz vətəndaşlarındır”,- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, prezident seçkilərinin ilk turunda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifət lideri Kılıçdaroğlu  isə 44,88 faiz səs toplayıb.

Seçkinin ikinci turu isə 28 mayda keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR