İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan sabah Naxçıvana SƏFƏR EDƏCƏK

1666 24.09.2023 11:01 Son xəbər A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevin dəvəti ilə sentyabrın 25-də Naxçıvana səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, antiterror əməliyyatı uğurla başa çatdıqdan sonra Ərdoğanın Naxçıvana səfəri böyük əhəmiyyət kəsb edir.

Ölkə liderləri arasında ikitərəfli və nümayəndə heyətləri ilə görüşlər keçiriləcək. Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, iki ölkə üçün ortaq maraq kəsb edən regional və beynəlxalq hadisələr müzakirə olunacaq.

Türkiyə Prezidenti səfər çərçivəsində Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərksilah prosesi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR