İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan-Paşinyan telefon danışığı barədə rəsmi məlumat

1029 11.09.2023 21:36 Siyasət A A

Baş nazir Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinə və regional məsələlərə toxunublar. Söhbət zamanı hər iki dövlətin liderləri vurğuladılar ki, regionda uzunmüddətli sülh və sabitliyə nail olmaq bütün region ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcək.

Tərəflər bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini qeyd ediblər”-məlumatda bildirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR