İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan bu qədər səs toplayacaq –Diqqətçəkən proqnoz

1675 28.05.2023 01:17 Gündəm A A

“Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turunda səslərin 53,7 faizini toplayacaq.

Metbuat.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Araşdırmalar Fondunun keçirdiyi sorğu göstərir.

Sorğuda ölkənin 26 vilayətindən olan ümumilikdə 3 mindən çox insan iştirak edib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilmiş prezident seçkisinin birinci turunda Ərdoğan 49,51 faiz, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR