İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Afinaya getdi: Son 6 ildə ilk səfərin gündəliyində nələr var?

448 07.12.2023 17:07 Dünya A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son 6 ildə ilk dəfə Yunanıstana səfər edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidentini hava limanında Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis qarşılayıb.

Təyyarə hava limanına planlaşdırılandan tez gəlib. Ərdoğan limuzinə minməyərək, heyətlə birlikdə hava limanının VİP salonuna gedib.

Səfər çərçivəsində Türkiyə Prezidenti Yunanıstan prezidenti Katerina Sakellaropulou və baş nazir Kiriakos Mitsotakis ilə görüşəcək. Yunanıstan və Türkiyə arasında Yüksək Əməkdaşlıq Şurasının beşinci iclasına Yunanıstanın baş naziri və Türkiyə prezidenti sədrlik edəcək.

Tərəflərin “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında” Bəyannaməsi, o cümlədən miqrasiya ilə bağlı da daxil olmaqla, ən azı 20 saziş imzalayacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR