İnsanlara hürriyət, millətlərə istiqlal!

Ənvər Həsənovun səhhəti ilə bağlı məsələ nəzarətə götürülüb

899 29.08.2022 18:33 Mədəniyyət A A

“Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı məsələ Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən nəzarətə götürülüb”.

 Musavat.com xəbər verir ki,bunu “Report”a açıqlamasında ittifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.

O bildirib ki, ittifaqın sədri Şəfiqə Məmmədova aktyoru şəxsən özü ziyarət edib:

“Dəyərli aktyorumuz Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Bu gün ittifaqın sədri Şəfiqə Məmmədova onu şəxsən özü ziyarət edib. Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin də qərarı ilə aktyorun səhhəti ittifaqın nəzarətindədir. Bütün lazımi tapşırıqılar verilib. Hazırda xəstəxanadadır. Vəziyyəti stabildir”.

Qeyd edək ki, 72 yaşlı aktyor xəstəxanaya yerləşdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR