İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmircanda iki avtomobil toqquşdu: Sıxılı vəziyyətdə qalan vətəndaşlar xilas edildi - VİDEO

430 05.03.2023 20:15 Hadisə A A

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1979-cu il təvəllüdlü Hacıyev Elçin Kamal oğlunun idarə etdiyi VAZ-2107 markalı minik avtomobil ilə 1987-cil təvəllüdlü Şəbəndəyev Naib Sədi oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və hər iki sürücü deformasiyaya uğrayan avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə avtomobillərdə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR