İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Sabitoğlunun musiqisi kino festivalında "Ən yaxşı musiqi" mükafatına layiq görülüb

1002 02.08.2022 12:12 Mədəniyyət A A

“Xatirə və Xəta” bədii filmi Amerika qitəsində yerləşən Çili Respublikasında keçirilən The South Film And Arts Academy Festivalında qalib olmuş filmlər sırasında yer alaraq, ən yaxşı dram sertifikatına layiq görülüb. Eyni zamanda ikinci mükkafat olaraq “Xatirə və Xəta” triller janrında çəkilmiş ekran əsərində baş rolunu ifa edən Xalq artisti Sabir Məmmədov Aparıcı Aktyor Fəxri Mention sertifikatına layiq görülüb. Ücüncü mükafat olan "Ən yaxşı musiqi əsəri" mükafatı isə bədii filmdə səsləndirilmiş Emin Sabitoğlunun bəstələdiyi musiqi əsərinə verilib.

Bu bizim uğurumuz deyil, Azərbaycanın uğurudur.

Cənub Film və İncəsənət Akademiyası Festivalının aşağıdakı elektron səhifəsində qalib olmuş filmlər siyahısına baxa bilərlər.

https://scafafest.wixsite.com/sfaaf/winners-6-7

Bu barədə Musavat.com-a filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib.

2022-ci ilin iyul ayında çəkilişləri başla catan “Xatirə və Xəta” bədii filminin Cənub Kino və İncəsənət Akademiyası Festivalında qalib olmuş filmlər sırasında yer alıb. Bu uğurlara şübhə ilə yanaşanlara fəxrlə deyə bilərəm ki, bu festivalda biz ödəniş rüsumundan azad olunmuşuq. Çünki son zamanlar müxtəlif Kütləvi İnformasiya Vasitələrində və internet səhifələrində saxta Festifalara pul verərək müxtəlif mükafatlar alan film istehsalşıları barədə tez-tez yazırlar. Onu qeyd edim ki, ümumiyyətlə, 2019-cu ildən bu günə kimi heç birinə ödəniş etmədən seçilmiş filmlər siyahısına salınmışıq və 150-dən çox Beynəlxalq Festivaldan müxtəlif mükafatlar almışıq.

Rejissor deyib ki, bu ekran əsəri digər ölkələrin filmləri ilə mübarizə apararaq ölkəmizi təmsil edib və ən yaxşı dram sertifikatına layiq görülüb. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq.

Onun sözlərinə görə, filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Redaktoru Əkbər Qoşalı, montaj Elnur Tarverdiyevə məxsusdur.

“Biz kommersiya məqsədilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik.

Çəkdiyimiz filmlərin beynəlxalq festivallarda aldığı mükafatların hamısı ssenari mövzusunun ideyasına verilib. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa, ölkəmizin təbliği işinə töhfə verməlidir”, - deyə C.Qasımov fikrini yekunlaşdırıb.

e2cd5842-c286-4034-b657-5404a98d7101.jpg (139 KB)

“Xatirə və Xəta” filminin treyleri

https://www.youtube.com/watch?v=8woLCQVb8hw&t=1s

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR